Bakı metrosu hal-hazırda -Foto

  • By ilhame
  • 20 Oktyabr 2023 19:15

Paytaxt küçələrindəki tıxacdan canını qurtarmaq istəyən insanlar Metropoliten ərazisində də eyni durumla üzləşib.

Gununsesi.info bildirir ki, hazırda Bakının 28 May Metrostansiyasına daxil olan insanların çoxluğu hərəkəti faktiki məhdudlaşdırıb.
Sərnişinlərdən biri metroda çəkdiyi fotonu redaksiyamıza yollayaraq yazır:

“Bu dəqiqələrdə 28 May metrosu. Təsəvvür edin bu qədər adamı metronun girişindəki bir qapıdan içəri buraxırlar.
Qatarların hərəkət qrafiki də günorta necədirsə, o qayda davam edir. Halbuki, interval 2 dəqiqəyə endirilməlidir”.

İlhamə
Gununsesi.info