Bakı-İrəvan dialoqunda yeni mərhələ: “Bu görüşü faydalı hesab etmək olar” – AÇIQLAMA

Azərbaycan və Ermənistan baş nazirlərinin sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşünü faydalı hesab etmək olar. Aydındır ki, bir görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bütün hallarda bu prosesi davam etdirmək lazımdır. “Ümumiyyətlə, Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var. Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir”, – deyə o qeyd edib.

Xatırladaq ki, noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Görüşün vasitəçilər olmadan keçirilməsini müsbət addım kimi dəyərləndirmək olar, ancaq Ermənistanın nə dərəcədə səmimi olub-olmaması sual doğurur və proseslərin sonrakı gedişatı bu məsələyə də aydınlıq gətirəcək.

Gununsesi.info