Bakı Apellyasiya Məhkəməsi tanınmış vəkilin prokurorluqdan şikayətinə baxacaq

  • By admin
  • 18 Noyabr 2022 11:00
“Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə telefonlarımın və kompüterin yaddaş kartının məcburi götürülməsinin qanunsuz hesab edilməsi və onların qaytarılması barədə şikayətim təmin edilmədiyi üçün həmin qərardan apellyasiya şikayəti vermişəm”.
Bu barədə Gununsesi.info-ya açıqlamasında hazırda ev dustaqlığında olan vəkil Elçin Sadıqov deyib.
Onun sözlərinə görə, apellyasiya şikayətinə bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə  saat 17:30-da baxılacaq: “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında AR Qanununun 7-ci maddəsi vəkil sirrinə təminat verdiyi halda repressiyanın icraçıları bunu nəzərə almırlar”.
Qeyd edək ki, Elçin Sadıqov Baş Prokurorluq tərəfindən həbs edilmişdi.
ABŞ hökumətinin və Avropa qurumlarının hakimiyyətə çağırışlarından sonra onun barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Elçin Sadıqovla birlikdə həbs edilən Əvəz Zeynallı isə hələ də həsbdə saxlanılır.
Afət 
Gununsesi.info