Bakıda ağır qəza baş verdi “Prius” aşdı -VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, qəza gecə saat 1 radələrində Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı minik avtomobili ilə toqquşan “Toyota Prius” markalı avtomobil səkiyə çıxaraq aşıb.

Qəza zamanı ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Hadisə yerinə DYP və FHN əməkdaşları cəlb ediliblər.

Qəza yerindən görüntüləri təqdim edirik:

Gununsesi.info