Bərdədə evdə yanğın baş verib

  • By ilhame
  • 20 Yanvar 2024 19:23

Bərdə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. “Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd edilib.

 

Gununsesi.info