Qənirə Paşayevanın ölüm xəbərini eşidən insanlar xəstəxanaya axın etdi -Foto/Video

  • By ilhame
  • 28 Sentyabr 2023 21:39

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu xəbəri eşidən insanlar Mərkəzi Klinik Xəstəxananın önünə axın etməyə başlayıb.

Topalanan insanlar arasında tanınmış millət vəkilləri, ictimai və siyasi xadimlər də var.

Qeyd edək ki, bir neçə gün əvvəl Qənirə Paşayeva komaya düşərək xəstəxanaya yerləşdirilmişdi.

Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

 

Gununsesi.info