
Sosial şəbəkələrdə Masallı rayon Böyük Xocavar kənd Bələdiyyə sədrinin şəhid atasını təhqir etməsini göstərən video yayılıb.
Videoda bələdiyyə sədrinin şəhid atasının xahişinə məhəl qoymaması, üstəlik onu təhqir etməsi açıq-aşkar əks olunub.
Belə həssas dönəmdə bir şəhid atasına qarşı yuxarıdan-aşağı münasibət, onu təhqir etmək əlbəttə ki, yolverilməzdir.
Bu hal sosial şəbəkə istifadəçiləri tərəfindən də hiddətlə qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: