
ABŞ Dövlət Departamentinin məsləhətçisi, məşhur politoloq Poll Gobl Rusiya sülhməramlılarının Qarabağdakı faəliyyətini tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Poll Gobl bildirib ki, Rusiya 2021-ci ildə gərginliyin davam etməsində maraqlı olacaq: ” Bunun nəticəsində Rusiya öz qüvvələrini həm də Ermənistandakı Gümrü hərbi bazasında artırmağa çalışacaq. 2021-ci ildə Azərabycan ictimaiyyəti bir daha əmin olacaq ki, Rusiya münaqişədə tərəfdir və o sülhməramlı kimi çıxış edə bilməz”. Şərhçi deyir ki, Rusiya sülhməramlıların sayı artırmaq üçün əlindən gələni edəcək: “Belə olacağı təqdird əazərbaycanlılar, hətta hökümət rəsmilərinin belə buna qarşı çıxacaq və Rusiya sülhməramlılarının belə bölgədən çıxmasını tələb etməsi gözləniləndir”.
Turanə Tağızadə
Gununsesi.info