ABŞ Helsinki Komissiyası Azərbaycanı jurnalistləqə təzyiqlə bağlı çağırış edir

ABŞ Helsinki Komissiyası Azərbaycanı jurnalistləqə təzyiqlə bağlı çağırış edir

3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Alsi L.Hastinqs və Komissiyanın həmsədri senator Rocer Viker bəyanatla çıxış ediblər:

“Bu görünməmiş dövrdə jurnalistlərin və KİV işçilərinin sərbəst və cəza təhlükəsi olmadan çalışa bilməsi hər zaman olduğundan daha önəmlidir”, – Hastinqs deyib.

Bəyanatda həmçinin peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı kobud hərəkətərlərə də diqqət ayrılıb.

“Bütün dünyada jurnalistlər gerçəkləri söyləmək üçün öz təhlükəsizliyini, bəziləri isə hətta həyatını riskə atırlar”, – senator Viker deyib.

“Ümumdünya Mətbuat Azadlığı Günündə demokratiyanın təməl daşı olan və istənilən sağlam cəmiyyətdə daima qorunmalı olan azadlığa hörmətlə yanaşırıq. İndi heç vaxt olmadığı kimi bütün ATƏT dövlətlərini bu fundamental azadlığı dəstəkləməyə çağırıram”.

Sənəddə həmçinin jurnalistlərin peşə borcunu yerinə yetirərkən cinayət məsuliyyətinə cəlb edilməsindən təəssüf hissi qeyd edilib.

Jurnalistləri Müdafiə Komitəsinin son məlumatlarına görə, dünyada 250 jurnalist öz  işinə görə həbs edilib, 64 jurnalist itkin düşüb, 1992-ci ildən bu yana 1339 jurnalist öldürülüb.

Gununsesi.org

COMMENTS