“Azeri Light” bahalaşmağa davam edir

  • By Admin2
  • 21 Mart 2026 12:09

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,16 % artaraq 122,9 ABŞ dolları təşkil edib.

Ötən gün neftimiz 122,7 dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info