İranda Şəvval ayının hilalının görünməməsi səbəbindən Ramazan bayramının sabah – 21 martda olacağı açıqlanıb.
Gununsesi.infoİran KİV-nə istinadən xəbər verir ki, İslam İnqilabı İdarəsinə bağlı Aypara Müşahidə Mərkəzinin açıqlamasında bildirilib ki, bu gün İranda Şəvval ayının hilalı görünməyir. Buna görə də Ramazan bayramı 21 mart – şənbə günü başlayacaq.
Bu il Novruz da İranda 21 martda qeyd olunacaq.
Xatırladaq ki, İranda da Ramazan ayı Azərbaycanda olduğu kimi fevralın 19-dan başlamışdı.












