Deputat seçicilərin problemlərini dinləyib

Deputat Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirib

Gununsesi.info xəbər verir ki, bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən yeni ofisində vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı seçicilər məhkəmə çəkişmələri, işdən qanunsuz azad edilmə halları, vətəndaşa məxsus tikilinin müvafiq qərar olmadan sökülməsi, eləcə də digər sosial və hüquqi məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.

Deputat qaldırılan hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müraciətlər ediləcəyini və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.

 

Gununsesi.info