Türkiyənin keçmiş müdafiə naziri, hazırda parlamentin Müdafiə Komitəsinin sədri Hulusi Akar “İncirlik” hərbi bazası ilə bağlı danışıb.
Gununsesi.info xəbər verir ki, o, bazanın bütünlüklə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olduğunu deyib:
Orada ABŞ və digər müttəfiqlər – Qətər, Səudiyyə Ərəbistanı, Almaniya, İspaniya və s. yalnız qonaq statusunda iştirak edirlər”.
Akar qeyd edib ki, İran “İncirliy”i ABŞ hərbi bazası saymamalıdır:
“Hər kəs bilməlidir ki, “İncirlik” hərbi bazasına qarşı istənilən, o cümlədən İranın müdaxiləsi baş verməməlidir”.












