
“Azərpoçt” MMC Gununsesi.info-nun “Azərpoçt” Avropa Məhkəməsinə gedən işləri “itirir” başlıqlı tənqidinə reaksiya verib.
Qeyd edək ki, həmin yazıda vəkil Əsabəli Mustafayev Avropa İnsan Hüquqları Məhkəməsinə gedən siyasi işlərin it-bata salınmasından danışıb.
BUNA DA BAX:
“Azərpoçt”un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimovanın Gununsesi.info-ya yolldağı məktubu təqdim edirik:
“AZƏRPOÇT” MMC AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLƏN MƏKTUBLARIN İTMƏSİ İLƏ BAĞLI XƏBƏRƏ AYDINLIQ GƏTİRİB “Günün səsi” xəbər saytında “Azərpoçt” Avropa Məhkəməsinə gedən işləri “itirir” – VƏKİL DANIŞIR” başlıqlı xəbərə dair “Azərpoçt” MMC olaraq bildiririk ki, vətəndaş Əsabəli Mustafayevin qaldırdığı iddianın araşdırılması üçün “Poçt rabitəsi Xidmətlərinin göstərilməsi Qaydaları”nın 12.5 (pretenziya ilə birlikdə istifadəçi şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir), 12.8.3 (poçt göndərişinin, pulköçürməsinin qəbz üzrə nömrəsi təqdim olunmalıdır) yarımbəndlərinə əsasən məlumatlar tam təqdim olunmalı və şikayət əsaslandırılmalıdır. Əks halda, xüsusilə poçt göndərişinin qəbuluna dair qəbz təqdim edilmədikdə, pretenziya təmin olunmadan geri qaytarılır. Xüsusilə vurğulamaq istərdik ki, şikayətin yalnız göndəricinin ad və soyad məlumatları əsasında araşdırılması mümkün deyil və belə olduğu halda şikayət öz təsdiqini tapmır.
Sonda qeyd etmək istərdik ki, “Azərpoçt” olaraq, hər zaman vətəndaşlarımıza keyfiyyətli xidmət göstərməyə və onların şikayətlərini araşdırmağa hazırıq.
Günay
Gununsesi.info