Mədrəsədə partlayış baş verdi - Ölən və yaralananlar var

Əfqanıstanın şimalında partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

Bildirilib ki, partlayış vilayətin inzibati mərkəzi Aybak şəhərində günorta namazı vaxtı baş verib.

Gununsesi.info