“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 16 fevral saat 11:00-da başlayacaq.

Gununsesi.info xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

 

Gununsesi.info