ABŞ-da daha bir Türkiyə şirkətinə sanksiya QƏRARI

ABŞ İranla əlaqəli təşkilatlara, o cümlədən Türkiyə şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran Mərkəzi Bankının İrandakı törəmə müəssisəsinə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən iki təşkilata, Türkiyədə yerləşən şirkətə və üç şəxsə qarşı “ABŞ texnologiyasını qaçaqmalçılıq yolu ilə keçirdikləri” səbəbi ilə sanksiya tətbiq edib.

Sanksiya siyahısına daxil edilən təşkilatlar İran Mərkəzi Bankının törəmə şirkəti olan İranda fəaliyyət göstərən “Informatics Services Corporation” (ISC), BƏƏ-də yerləşən “Advance Banking Solution Trading” və “Freedom Star General” şirkətləri və Türkiyədə yerləşən Ted Texnologiya İnkişafı Xidmətləri Sənaye Ticarət Anonim Şirkəti olduqları qeyd edilib.

Bildirilib ki, Ted Technology Development Services Industry şirkəti ISC-nin Türkiyədəki nümayəndəsi olub və ön şirkətlərlə əməkdaşlıq edərək ABŞ mal və texnologiyalarını alıb.

Açıqlamada beynəlxalq şəbəkənin İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramlarını dəstəklədiyi bildirilib.

Qeyd edək ki, ABŞ daha əvvəl İran, Həmas, Rusiya və Livan Hizbullahını dəstəklədiyi üçün Türkiyədəki şəxslərə və qurumlara qarşı müxtəlif sanksiyalar tətbiq etmişdi.

Gununsesi.info