Bu ilin yanvar-aprel aylarında Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 744,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
Gununsesi.org Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,8 milyon ABŞ dolları (24%) və 304,1 milyon kVt/saat (29%) azdır.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5%, qeyri-neft sektoru üzrə ixracında isə 6,3% paya malik olub.
Azərbaycanın elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
COMMENTS