Azərbaycanlı jurnalist koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.
Gnunsesi.org xəbər verir ki, Supersport.Az-ın təsisçisi, baş redaktor, 44 yaşlı Anar Cəfərsoy bu xəstəlikdən əziyyət çəkdiyi üçün anası Zöhrə Cəfərovanın vida görüşündən kənar qalıb. Üç həftədən çox koronavirusun acısını çəkən 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mərhumə, bu gün Ağdam rayonunun Əfətli kəndində dəfn olunub.
Gnunsesi.org
COMMENTS