Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.
Gununsesi.org xəbər verir ki, iclasda vitse-spiker Fəzail İbrahimli spiker Sahibə Qafarovaya təklif verib. O qeyd edib ki, spiker üçün maskalı vəziyyətdə iclas aparmaq çətin olacaq: “Rahat danışmaq və iclası aparmaq üçün maskadan istifadə etməyə də bilərsiniz”.
Spiker ara məsafəsinin qorunduğunu əsas gətirərək deputatın təklifini nəzərə alıb.
Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə və Reqlamentinə əsasən, may ayının ən sonuncu iclas günü yaz sessiyasının başa çatdığı gün hesab olunur.
Bu səbəbdən də, bugünkü iclas 6-cı çağırış MM-in yaz sessiyası dövründə sonuncu iclası olacaq.
Bununla belə, MM iyun və iyul ayının ortalarına kimi, öz fəaliyyətini davam etdirəcək.
Belə ki, MM-in növbədənkənar sessiyası çərçivəsində bir neçə plenar iclası keçiriləcək.
Artıq bununla-növbədənkənar sessiya ilə bağlı millət vəkilləri MM rəhbərliyinə müraciət ediblər.
İyulun 15-dən isə millət vəkilləri yay tətilinə yollanacaqlar.
COMMENTS