Çikaqo meri Lori Laytfut ABŞ prezidenti Donald Trampın qaradərililərin son etirazları ilə əlaqədar “Tvitter»dəki yazısına görə onu söyüb. Prezident insanlara atəş açılmasına haqq qazandıraraq yazıb: “talanlar başlayanda atəş başlayır…”
Gununsesi.org bu haqda İsrail mediasına istinadla xəbər verir.
Laytfut Amerika liderinə yalnız iki sözünün olduğunu söyləyib:
“Birincisi “F» ilə başlayır, ikincisi isə “U” ilə sona çatır…” Bu isə ingiliscə ən pis söyüş anlamına gəlir.
Laytfut Amerikanın böyük bir şəhərinin meri kimi fəaliyyət göstərən ilk açıq gey afro- amerikalıdır.
Xatırladılır ki, Minneapolisdə həbs olunması zamanı qaradərili Corc Floyd ölüb. Ölümlə nəticələnmiş həbsin videosu etirazların başlamasına və geniş qəzəbə səbəb oldu. Hazırda şəhərdə Milli Qvardiya mövcuddur və fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Tramp bundan əvvəl etirazçılara işarə edərək “quldurlar qurbanın xatirəsini təhqir edirlər» yazıb.
Gununsesi.org
COMMENTS