Vladimir Konstantinidi Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin XİN başçısı Davit Zalkaliani bildirib.
O, V.Konstantinidi yeni vəzifədə bu yaxınlarda istefa verən Mixeil Ninuanı əvəzləyəcək.
Qeyd edək ki, bu vaxta qədər V.Konstantinidi Gürcüstan XİN-in rəsmi sözçüsü olub.
Gununsesi.org
COMMENTS