
Dekabrın 21-də Bakıda Azərbaycanla Rusiya XİN nümayəndələri arasında məsləhətləşmələr keçirilib.
Gununsesi.info bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 22-də məlumat yayıb.
Məsləhətləşmələr iki ölkənin xarici işlər nazirlərinin müavinləri Araz Əzimov və Aleksandr Qruşko arasında aparılıb. Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Gununsesi.info