Azərbaycanın layihələri Ermənistanda nümunə göstərildi

AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilən komitə iclasında Azərbaycanın müəllifi olduğu layihələr nümunə göstərilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Soltan Məmmədov sözügedən tədbirdə çıxışı zamanı danışıb.

“11 dövlət təşkilatı tərəfindən 140, 30 özəl təşkilat tərəfindən 180 xidmət göstərən, Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu tərəfindən mükafatlandırılan Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎ (ASAN xidmət) adlı dövlət-özəl tərəfdaşlıq proqramını həyata keçirmək üçün ən yaxşı vasitələrdən biridir.

“ASAN xidmət” vətəndaşlara yaxşı idarəetmənin səkkiz xüsusiyyəti ilə xidmət edir. 2000 gənci işə götürüb və gündəlik 31,000 müraciəti qəbul edir. Sosial xidmətlərin idarə edilməsi sistemində digər islahat 2018-ci ildə həyata keçirən DOST Agentliyinin yaradılmasıdır. Dövlət idarəçiliyində idarəetmənin təkmilləşdirilməsinə birbaşa təsir edən islahatlar haqqında sizə məlumat verirəm”.

Gununsesi.info