
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info-nun “Report”a istinadla xəbərinə görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.
Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Gununsesi.info