Ermənilər azərbaycanlı deputatların İrəvana getməsinə etiraz etdi - VİDEO

  • By admin
  • 21 Fevral 2022 15:23

Bu gün, fevralın 21-də erməni müharibə iştirakçıları “Zvartnots” hava limanına gedən yolu bağlayıblar. 

Gununsesi.info “Unikal”-a istinadla xəbər verir ki, onlar Azərbaycan nümayəndə heyətinin üzvlərinin İrəvana gəlməsinin əleyhinədirlər.

“Biz türkü bura buraxmayacağıq. Uşaqların meyitini topladıq ata-anasına verək, bu gün türklərə “xoş gəldin” deyirlər”, – etirazçılar bildirib.

Avronest Parlament Assambleyasının iclasları fevralın 21 və 22-də İrəvanda baş tutacaq. Qeyd edək ki, tədbirlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri kimi Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcək.

 

Gununsesi.info