Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb.
Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata istinadən xəbər verir ki,, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.