Modriç daha bir il “Real”da oynayacaq

  • By admin
  • 25 May 2021 20:37

İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Luka Modriç daha bir il komandada qalacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Real” Luka Modriçlə müqaviləni uzatmaq barədə razılığa gəlib. Yeni müqavilə 2022-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Gununsesi.info