Azərbaycanda ruhi xəstə özünü güllələdi

Mayın 29-da Cəlilabad rayonunda intihara cəhd olub.

Gununsesi.info xəbər verir ki, Albalan kənd sakini, ruhi xəstə Q.Qasımovun yaşadığı evdə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilmiş Q.Qasımovun vəziyyəti ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.