
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yolu keçən 2004-cü il təvəllüdlü Ağadadaşova Türkan Əjdər qızını avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.