
Dövlət qurumları arasında keçirilən minifutbol turnirinə start verilib.
Gununsesi.info xəbər verir ki, turnirin açılış matçında KOBİA və SOCAR komandaları üz-üzə gəlib.
Qarşılaşma KOBİA-nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. KOBİA-ya qələbə qazandıran yeganə qola qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov imza atıb.
Qeyd edək ki, Orxan Məmmədov eyni zamanda, “Zirə” futbol klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidentidir.
Gununsesi.info