Sərbəst şəkildə pul qazanmağın yolu

Elə iş axtarmaq lazımdır ki, onu itirmək təhlükəsi ilə üzləşməyəsiniz. Bu isə sizin sərbəst şəkildə qurduğunuz iş ola bilər. Müasir dillə desək, frilanser. Bəs buna necə nail olmaq olar?

Gununsesi.info Rusiya saytlarından birinin bununla bağlı apardığı araşdırmanın bəzi detallarını sizə təqdim edir.

Bildirilir ki, bu zaman iş qıtlığı ilə üzləşməyəcəksiniz. Sərbəst iş qurmaq istəyənlərin günlərlə hansısa ofislərin qapısını döyməklərinə də ehtiyac qalmayacaq. CV göndərməkdən də canınız qurtaracaq. Hələ sizin işlə bağlı müraciət etdiyiniz idarələrdən gələcək cavabları həftələrlə, aylarla gözləməyə də lüzum olmayacaq.

Əgər sizin üçün belə bir şans yaranıbsa, qazanmaq şansınızı sonraya saxlamayın. Sərbəst fəaliyyət belədir ki, sizin kartınıza istənilən zaman pul yüklənə bilər. Çünki indi sərbəst iş qurmaq üçün internetin də rolu böyükdür. Çoxlu sifarişlər və dərhal ödəmələr sizi günlərlə maaş gözləmək kimi bir qayğıdan da xilas edəcək. Həm də burda qazanc üçün limit də yoxdur. Bu işə başlamaq o qədər də çətin deyil və bəzi şeyləri bilmək gərəkdir.

Misal üçün:
• Audio yazıların transkripsiyası . Qulaq as, götür.
• Video üçün başlıqlar . Format fərqlidir və maraqlıdır
• Məqalələr yazın . Məlumatlı, analitik, əyləncəli və müxtəlif.
• Bannerlər. Rəsm, dizayn, və ya bir kollaj düzəldin.
• Loqolar. Bir az daha çətin, lakin daha bahalı və maraqlıdır.
• İkonlar. Kiçik şəkillər, brauzerlər üçün nişanlar yaratmaq.

Bəli, siz artıq frilanserin nə olduğunu bilirsiniz. Səhv etməmək və vaxt itirməmək üçün əvvəlcə təcrübəli frilanserlərin necə işlədiyini öyrənmək lazımdır.

Özün öz işinin ağasısan

Frilanserin iş rejimi belədir ki, heç kim məzuniyyət istəmək məcburiyyətində qalmır. İstədiyiniz zaman istədiyiniz yerə köçsəniz də, müştərilərin bundan xəbəri olmayacaq.

Əlbəttə ki, istənilən bir işi görmək istəyərkən qarşımızda duran məşhur bir sual var – haradan başlamaq lazımdır? Bu işdə isə ilk olaraq veriləcək sifarişlər və işin yerinə yetirilməsi qaydasını müəyyənləşdirmək lazımdır.

Necə frilanser olmaq olar?

Maraqlıdır ki, milyonlarla insan onsuz da frilanserlikdən pul qazanır, lakin bu, demək olar ki, heç bir yerdə öyrədilmir. Özünün karyeraya qurmasına sıfırdan necə başladığını xatırladan internet sahibkarı deyib ki, o vaxtlar onun məsləhət və tövsiyələrə həddindən çox ehtiyacı olsa da, bu biznesin yolunu öyrənmək üçün elə bir imkan yox idi. Buna görə də o, uğur qazandıqdan sonra yeni gələnlərə kömək etmək qərarına gəlib.

Bildirib ki, bu işdə vacib məsələ əsasları başa düşüb və ilk ödənişləri almaqdır. Bu işdə başlanğıcda imtina etməmək də sirrlərdən biridir.

Gununsesi.info