Bədavi Hüseynov millinin heyətindən kənarlaşdırıldı

Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb.

Yığmamız noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.

Gununsesi.info