
Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb.
Gununsesi.info xəbər verir ki, yığmamız finalda Türkiyə kollektivi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 4:2 hesabı ilə üstələyib. Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gununsesi.info