Azərbaycanda ləğv edilən qadağalar – SİYAHI

Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib. 

Gununsesi.info xəbər verir ki, yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və  bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.

Mayın 31-dən etibarən:

– Açıq havada maska qadağası ləğv edilir;

– Metro açılır;

– Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.

10 iyundan etibarən:

– Məscidlər açılır;

– İdman zalları açılır;

– Çimərliklər açılır;

– Mall-lar açılır.

Gununsesi.info