
Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı üç nəfər kəsici alətlə bir-birinə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya bildirilib ki, noyabrın 3-ü saat 19 radələrində Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib.