Azərbaycanda 3942 yeni yoluxma, 37 nəfər vəfat etdi

  • By arzu
  • 02 Dekabr 2020 14:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Gununsesi.org bildirir ki, bu barədə Operativ Qərargahın birifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411 ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb”.

Gununsesi.org