
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 472 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 127 942 nəfərə, ölənlərin sayı isə 1 195 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 106 328 nəfərin sağaldığı bildirilir.