
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 24 468 nəfər yoluxub.
Gununsesi.org-unTrend-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 314 740 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 272 nəfər ölüb, ölənlərin ümumi sayı 172 833 nəfər təşkil edir.