
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 24-dən 26-dək ordumuzun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu gün yenidən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Son günlərdə Ermənistanın dövlət sərhədində təxribatlara əl atması yeni münaqişə zonası yaratmağa çalışmasından xəbər verir.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı siyasi ekspert Elman Vəliyev Modern.az-a danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfi sərhəd istiqamətində atəşkəsi pozur, amma cavab atəşi açılmayıb. Bu isə yeni münaqişə təhlükəsindən xəbər verir:
“Ermənsitan bir neçə dəfə KTMT-yə müracirət edərək Azərbaycan tərəfinə qarşı tədbirlər görülməsini bildirib. Amma KTMT bunu qarşı hər hansı bir iş reallaşdırmadı. Ermənistan da sərhəddə təxribatlar törədərək Azərbaycan tərəfinin əks həmlələr verməsini istəyir. Bununla KTMT-nin 4-cü bəndinin(üzvləri müdafiə) icrasına, həmçinin digər erməni yönümlü dövlətlərin də diqqətini çəkməyə çalışıraq Azərbaycana qarşı təzyiqlər etməyə səy göstərir. Biz bunu 44 günlük müharibədə də şahidi oduq. Son günlərdəki gərginlikdə ermənilərin təxribatları Fransanın ardınca Hollandiyanın Azərbaycanı Ermənistanın suverenliyini pozmaqla ittiham etməsinə səbəb oldu. Azərbaycanın delimitasiya proseslərinin genişləndirməsi Ermənistanı və bir çox dövlətləri narahatlıq içində qoyub. Amma Azərbaycan tərəfi bu proseslərdə Ermənistanla deyil, Rusiya ilə razılaşıb vəziyyətə uyğun hərəkət edir”-deyə ekspert söyləyib.
Elman Vəliyev Rusiyanın məsələdə maraqlarını qeyd edib.
“Ermənistan tərəfindən bildirilən yeni üçlü anlaşma müxalifətə bir fürsət yaratdı. Rəsmi olaraq bilinməsə də, bundan Paşinyan əleyhinə məharətlə istifadə edirlər. Vaxtı çatanda isə bu rəsmi olaraq bilinəcək. Seçkiqabağı bunun bilinməsi Paşinyana mənfi təsir göstərə bilər. Ermənistan tərəfinin cəbhədə təxribatları Azərbaycan tərəfinin anti-terror əməliyyatlarının keçirilməsinə təhrik edir. Amma hələki Azərbaycan tərəfi təmkinliyini qoruyur və diplomatik yolla məsələləri həll etməyə çalışır. Rusiya isə Ermənistanı hazırda gözləmə mövqeyində saxlayır. Azərbaycanı KTMT, AİB(Avrasiya İqtisadi Birliyi) kimi Rusiyanın maraqlarına xidmət edən təşkilatlara qoşmaq istəyir. Rusiya tərəfi Azərbaycanı KTMT-də görmək istədiyini, ancaq bunun üçün Ermənistan tərəfi ilə münasibətləri yaxşılaşdırmağın vacib olduğunu qeyd etmişdi”.
Gununsesi.info