
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyan rejiminin yenidən hakimiyyətə gəlməsinə yol verməmək üçün Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində vahid blok tərkibində iştirak etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Levon Ter-Petrosyan deyib ki, eks-prezidentlər keçmişdə aralarında olan prinsipial fikir ayrılıqlarını kənara qoymalı və “Milli həmrəylik alyansı” tərkibində birləşməlidirlər.
Amma Levon Ter-Petrosyanın təklifi qarşı tərəfdən birmənalı qarşılanmayıb. Belə ki, R.Koçaryan təklifi rədd edib, S.Sarkisyan isə fikir bildirməyib.
Ter-Petrosyan növbəti dəfə eyni təkliflə çıxış edib. O bildirib ki, Paşinyan rejiminin yenidən hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə tərəfindən mümkün və ehtimal olunan təhdidlərdən daha təhlükəlidir.
Gununsesi.info