Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 903 vaksin vurulub.

Gununsesi.info Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 482 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 106 889, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 226 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880 688 təşkil edir.