
“Büdcədən hamıya pul paylayırsınız, bizim qazilərin də “bir abbasını” xahiş edirəm, verin”.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Siyavuş Novruzov bildirib:
“Dövlət büdəcəsindən hər yerə vəsait ayrılır. Bizim qazilərin müavinətləri isə hələ də artırılmır. Düşünürəm ki, onları 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə sevindirmək olar. Onlara bu gündə vəsaitləri verə bilərik”, – o qeyd edib.
Gununsesi.info