Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq

  • By ilhame
  • 31 Mart 2024 09:45

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

 

Gununsesi.info xəbər verir ki, sonuncu matçda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək.

 

“Gənclik şəhəri” təmsilçisi 39 xalla beşinci, qonaqlar 32 xalla səkkizinci pillədə qərarlaşıblar.

 

Azərbaycan Premyer Liqası

 

XXVIII tur

 

18:00. Sumqayıt” – “Araz-Naxçıvan”

 

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev

 

Hakim-inspektor: Barış Şimşek

 

AFFA nümayəndəsi: Elgiz Abasov

 

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, bu turda “Neftçi” “Qəbələ”ni, (1:0), “Qarabağ” “Kəpəz”i (6:1), “Zirə” “Sabah”ı (1:0) məğlub edib. “Səbail” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Gununsesi.info