
“Real” yeni transferi üçün hərəkətə keçib.
Gununsesi.info xəbər verir ki, Madrid klubu “Bavariya”nın futbolçusu Alfonso Deyvisi heyətinə qatmağa hazırlaşır.
İspaniya nəhəngi futbolçu ilə artıq razılığa gəlib.
La Liqa klubu 23 yaşlı oyunçu üçün 25-30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Deyvisin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Gununsesi.info