“Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir” -Zakir Həsənov

Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.

Gununsesi.info xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

HTML tutorial

General-polkovnik bildirib ki, Ordumuzun uğurlu əməliyyatlarından düzgün nəticə çıxarmayan Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq silahlı qüvvələrinin qalıqlarını hələ də ərazilərimizdə saxlamaqla regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradır. Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.

Gununsesi.info