Rusiya Lvova raket zərbəsi endirib, ölənlər var

  • By admin
  • 07 İyul 2023 08:59

Rusiya ə Ukraynanın qərbindəki Lvov şəhərinə raket zərbəsi endiriblər.

Yerli hakimiyyət orqanları bildirirlər ki, bu, müharibə başlanandan bəri Lvovun mülki infrastrukturuna ən böyük zərbə olub.

HTML tutorial

Gununsesi.info bildirir ki, Lvov şəhərinin meri Andrey Sadov sosial şəbəkədə  raketin yaşayış binasına düşdüyünü yazıb.

O deyib ki, fövqəladə hallar xidmətinin əməkdaşları adamları uçqunun altından çıxarırlar.

Vilayət administrasiyasının başçısı Maksim Kozitski deyib ki, söhbət çoxmənzilli yaşayış binasından gedir:

“Yanğın olub. Yanğını operativ şəkildə söbndürüblər. Xilasedicilər uçqun əraziində axtarış aparırlar”.

Kozitski bundan əvvəl demişdi ki, hücum nəticəsində Lvovun həyati əhəmiyyətli infrastrukturuna ziyan dəyib.

Lvova raket zərbəsi nəticəsində ən son məlumata görə 5 nəfər həlak olub. Bunlar 32 yaşından 63 yaşınadək dörd qadın və bir kişidir.

DİN-in məlumatına görə 40-dək xəsarət alan var.

Sadovının sözlərinə görə Rusiya raketinin qırıntılarının yaşayış binasına düşməsi nəticəsində 60 mənzilə və 50 avtomobilə ziyan dəyib.

Mer əlavə edib ki, binanın damı uçub, Lvov Politexnik Universiteti yataqxanasına ziyan dəyib.

Ukrayna prezidenti Volodimir Zeklenski raket zərbəsinin nəticəsində törənmiş dağıntıları göstərən videonu öz teleqram kanalında dərc edib.

Kalibr tipli raketlərin Qara dəniz hövzəsindən atıldığı xəbər verilir.

Donetsk vilayətini çıxmaq şərtilə hava həyəcanı siqnalı bütün Ukrayna ərazisində səslənib.

 

Afət Abbasova

Gununsesi.info