Azərbaycan millisinin kapitanı Macarıstan Kubokunu qazanıb

  • By ilhame
  • 10 Mart 2024 13:52

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan Kubokunun finalında üz-üzə gəliblər.

 

Gununsesi.info xəbər verir ki, yığmanın kapitanı A.Abdulazimovanın formasını geyindiyi “Vasas Obuda” və hücumçu M.Stepanenkonun şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşmasından birincilər üstün ayrılıblar.

 

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Vasas Obuda” növbəti dəfə kubokun sahibi olub.

 

Final görüşündə Abdulazimova 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Millimizin kapitanı hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.

 

Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.

Gununsesi.info