Sabirabadda ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub

  • By ilhame
  • 10 Mart 2024 14:35

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Zalqarağac kəndində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.

 

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info