Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib

  • By ilhame
  • 10 Mart 2024 11:37

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib.

 

Gununsesi.info-nun məlumatına görə, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib.

 

B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.

 

Z.Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.

Gununsesi.info